>

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə "Kartaş Kimya" MMC-nin Tikinti Kimyəviləri Zavodunun rəsmi açılışı baş tutdu.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə 30 Aprel 2025-ci il tarixində "Kartaş Kimya" MMC-nin Tikinti Kimyəviləri Zavodunun rəsmi açılışı baş tutdu. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən bu müasir istehsal müəssisəsi, tikinti sektoru üçün Avropa standartlarına cavab verən və innovativ inşaat həlləri təqdim etməklə ölkəmizin sənaye potensialına öz töhvəsini verir.
Zavod yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. "Kartaş Kimya" MMC olaraq, Azərbaycanın sənayesinin inkişafına etibarlı və texnoloji üstünlüklərimiz ilə töhfələr verməyə davam edəcəyik.