>

İstanbul Sənaye Palatası (İSO) nümayəndə heyəti Sumqayıt İstehsalat Təsislərimizi ziyarət etdi.

Mr.Fix olaraq, İstanbul Sənaye Palatasına qeydiyyatlı dəyərli Türk iş adamları ilə Sumqayıtdakı istehsalat təsislərimizdə görüşməkdən böyük məmnuniyyət duyduq.

Səfər çərçivəsində İSO İdarə Heyətinin sədri Erdal Bahçıvan və İSO Məclisinin sədri Ender Yılmazın rəhbərliyi ilə 100-dən çox iş adamına, İdarə Heyətimizin sədri Nəcməddin Taşbağ tərəfindən Azərbaycan'dakı investisiyalarımız və Türk sənayesinin bölgədəki əməkdaşlıq potensialı haqqında məlumat təqdim edildi.

Bu əhəmiyyətli görüş, qardaş ölkələr Türkiyə və Azərbaycan arasındakı iqtisadi və sənaye əlaqələrini daha da gücləndirdi.