>
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisəmizin təməlqoyma mərasimində iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin müasir standartlara cavab verəcək tikinti kimyəviləri istehsalı zavodunun təməl qoyma mərasimi keçirildi. Cənab Prezident zavodun sxemini əks etdirən eskiz layihələr və burada istehsal olunacaq məhsullarla tanış oldu. Müxtəlif təyinatlı tikinti kimyəvilərinin istehsalı həyata keçiriləcək bu müəssisəmizdə 250 daimi iş yerinin açılması nəzərdə tutulub.