>
mr.fix® Türkiyədə baş verən zəlzələyə 500000 Türk lirəsi yardım ayırdı
2023-cü il fevralın 6-da Türkiyədə baş verən zəlzələ bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində bir çox bacı və qardaşımız həyatını itirdi, minlərlə bina dağıldı, sərt qış şəraitində milyonlarla insan evsiz qaldı. Həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Dağıntılar altında qalan insanların ən qısa zamanda sağ-salamat xilas edilməsini ümid edirik. Soyuq qış şəraitində evsiz qalan, sığınacaq, qida və geyimə ehtiyacı olan insanlara dəstək məqsədilə 500 000 Türk lirəsi yardım ayırdıq. Yaraların ən qısa zamanda sağalmasını ümid edirik.