UNİVERSAL ASTAR
UNİVERSAL ASTAR ‐ Kopolimer akril dispersiya əsaslı əmiciliyi yüksək olan səthlər üçün astar materialıdır.
Məhsul kodu: 204.70005
İstifadə sahələri
- Daxili və xarici məkanlarda , şaquli və üfüqi səthlərdə
- Gips, alçıpan, qazbeton, beton, kubik, kərpic, suvaq, əhəngli suvaq, taxta kimi səthlərin əmiciliyini azaldaraq səthə tətbiq ediləcək materialların yapışma müqavimətinin artırılmasında
- Divar kağızı və boyadan əvvəl astar olaraq
- Alçıpan, qazbeton, əhəngli suvaq və taxta kimi əmici səthlərə kafel və keramika tətbiqindən əvvəl səthin əmiciliyini azaltmaq məqsədi ilə istifadə edilir
Üstünlükləri
- Səthin su əmiciliyi azaldır
- Yüksək aderans təmin edir
- Tərkibində solvent yoxdur, daxili məkanlarda istifadəyə uyğundur
- Əmici səthlərdə sement və gips əsaslı suvaq tətbiqlərində ani su itkisindən ortaya çıxan çatlamaların qarşısını alır
- Su buxarını keçirir
- Donma və ərimə döngüsünə davamlıdır
| Materialın tərkibi | Modifikasiya olunmuş kopolimer akril dispersiya |
| Rəngi | Ağ |
| Sıxlıq | ~ 1,007 kq/lt |
| İstifadə tempraturu | +5°C +30°C |
| Üzərinə tətbiq müddəti | Minimum 24 saat |