TAMCRETE® ERM 75
TAMCRETE® ERM75 epoksid qatran və xüsusi doldurucular ehtiva edən, iki komponentli, solventsiz, nəmə tolerant, tiksotrop xüsusiyyətli, yüksək müqavimətə malik yapışdırıcı, ankerləmə və struktural təmir materialıdır.
EN 1504-3 və EN 1504-6 standartlarına uyğundur.
EN 1504-6: Armatur poladının ankrajı üçün material
İstifadə Sahələri
● Beton və daş səthlərdə ankerləmə və montaj tətbiqlərində
● Armatur əkilməsi və sabitlənməsində
● Geniş çatların doldurulması və inyeksiyasında
● Struktural beton təmirlərində
● Polad və beton birləşmə detallarında
● Dilatasiya bandlarının yapışdırılmasında
Üstünlükləri
● Asan hazırlanır və tətbiq olunur
● Yüksək mexaniki möhkəmlik təmin edir
● Müxtəlif səthlərə yüksək yapışma göstərir
● Tiksotrop quruluşa malikdir, axmır
● Büzülmə olmadan bərkiyir
● Yüksək ilkin və son müqavimət təmin edir
● Aşınma müqaviməti yüksəkdir
● Su və buxar keçirməzdir
● Kimyəvi maddələrə qarşı davamlıdır
● Nəmə tolerantdır
● Beton və metala mükəmməl yapışma təmin edir
● Solventsizdir
|
Ümumi Məlumatlar |
|
|
Materialın tərkibi |
Epoksid qatran və xüsusi doldurucular |
|
Görünüş |
Boz rəngli, məcun konsistensiyalı |
|
Sıxlıq (qarışıq) |
~1,77 kq/lt |
|
Performans Məlumatları (EN 1504-3 / EN 1504-6) |
|
|
Təzyiq müqaviməti (EN 12190) |
≥ 30 N/mm² (1 gün), ≥ 75 N/mm² (7 gün) |
|
Əyilmə müqaviməti (EN 196-1) |
≥ 17 N/mm² (1 gün), ≥ 25 N/mm² (7 gün) |
|
Yapışma müqaviməti (EN 1542) |
Betona ≥ 3,0 N/mm², metala ≥ 3,5 N/mm² |
|
Armaturun sıyrılma müqaviməti (EN 1881) |
≤ 0,6 mm yerdəyişmə (75 kN yük altında) |
|
Tətbiq Məlumatları |
|
|
Tətbiq temperaturu |
+10°C / +30°C |
|
Xidmət temperaturu |
−15°C / +90°C |
|
Qarışım nisbəti |
A: 3,75 kq / B: 1,25 kq |
|
İşlənə bilmə müddəti |
~40 dəq |
|
Tətbiq qalınlığı |
2–30 mm (bir qatda) |
|
İlkin sərtləşmə |
~12 saat |
|
Tam sərtləşmə |
7 gün |
|
Sərfiyyat |
~1,7 kq/m² (1 mm qalınlıq) |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Təhlükəli maddələr |
SDS-ə baxın |
Texniki göstəricilər +23°C temperatur və 50% nisbi rütubət şəraitində əldə edilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur isə uzadır.