GEOTEKSTİL KEÇƏ® 200 PG
GEOTEKSTİL KEÇƏ® 200 PG – Polyester xammalından hazırlanan, liflərin iynələmə üsuluyla birləşdirildiyi toxunmamış tekstil məhsuludur.
Məhsul kodu: 205.30052
İstifadə sahələri
- Damlarda və zəminlərdə istifadə olunan su və istilik izolyasiya materiallarıını qorumaq məqsədi ilə
- Drenaj borularının sarılaraq tıxanmasının qarşısının alınmasında (torpaq, gil və s. maddələri drenaj borusuna keçirməz)
- Nəqliyyatda (avtomobil yolu, hava limanı, və dəmiryollarında çökmələrin qarşısının alınmasında)
- Drenaj sistemlərində
- Geomembran altında
- Oyulma problemlərində, armaturlanmış dolgularda, eroziyaya qarşı qorumada, çay, göl, dəniz kimi sahil qoruma sahələrində
- Filtrasiya, zəif yer və asfalt möhkəmləndirmələrində
- Avtomobil yolları, tunellər və yeraltı tikililərdə
- Metro, əkinçilik sahələri, terraslar və idman sahələrində
- Bərk tullantıların saxlama sahələri, suvarma kanallarında istifadə olunur
Üstünlükləri
- Sintetik liflərdən ibarət olduğu üçün çürüməyə qarşı maksimum müqaviməti təmin edir
- Tətbiq zamanı meydana gələbiləcək zədələnmələrə qarşı davamlıdır
- Dəniz suyu, kif və pasdan təsirlənməz
- Turşu, qələvi və mikroorqanizmlərə qarşı dayanıqlıdır
- Ultra‐bənövşəyi şüalara qarşı dayanıqlıdır
- Asanlıqla daşınıla və sərilə bilir
- Tətbiqi asandır. Tətbiq zamanı və sonrasında insan sağlamlığına heç bir zərəri yoxdur
- Daha az ambar sahəsi sahəsi tələb olunur
| Materialın tərkibi | Polyester |
| Ağırlıq TS EN ISO 9864 | 200 gr/m² |
| Qalınlıq TS EN ISO 9863-2 | 1.5 mm |
| Dartılma və əyilmə müqaviməti TS EN ISO 10319 (uzunluq istiqaməti) | 2.7 kN/m |
| Dartılma və əyilmə müqaviməti TS EN ISO 10319 (çarpaz istiqaməti) | 3.8 kN/m |
| Su keçiriciliyi TS EN ISO 11058 | 0.100 m/sn |
| Statik perforasiya (CBR) TS EN ISO 12236 | 500 N |
| Dinamik perforasiya TS EN ISO 13433 | 50 mm |
| Xarakterik diafraqma TS EN ISO 12956 | 0.14 mm |
Yuxarıdakı göstəricilər +20°C-də və 50% nisbi rütubət üçün verilmişdir.