FLOMAX® SH CURE
FLOMAX® SH 500 - yeni və köhnə beton səthlərinin kürlənməsi, qorunması və parladılmasında istifadə edilən akrilik və solvent əsaslı kür materialıdır.
Məhsul kodu: 204.70018
İstifadə sahələri
-
İstənilən köhnə və ya yeni beton səthlərdə
-
Səth sərtləştirici istifadə olunmuş zəmin betonlarında
-
Rənglənmiş sahə betonlarında
-
Təbii daş, əhəngdaşı, mərmər, terrakotto, preslənmiş kərpic və s. səthlərdə
-
Sement əsaslı zavod istehsalı üzlük döşəmə materiallaında
-
İstənilən brüt beton səthlərində
-
Yaş beton (wash beton) tədbiqində istifadə olunur
Üstünlükləri
- İstifadəsi asandır
- Şəffaf və parlaq bir səth əmələ gətirir
- Hər cür beton səthin içərisinə nüfuz edərək daha yaxşı kürlənməsini təmin edir
- Uzunmüddətli qoruma, səth müqaviməti və parlaqlığı təmin edir
- İstənilən hava şəraitinə və səthdə göbələyin yaranmasına qarşı müqavimət göstərir
- Tozlanmanın qarşısını alır və daha bərk səthlərin əmələ gəlməsini təmin edir
- Daha asan təmizlənən, hamar bir səth yaradır
- Səthin aşınmaya qarşı müqaviməti artırır
- Donma-ərimə döngüsünə və ultrabənövşəyi şüalara qarşı davamlıdır
- Fırça, rulo və ya püskürtmə aparatı ilə istifadə oluna bilər
- Səth sərtləşdirici tədbiqindən sonra kür materialı kimi istifadə edilərək betonda ani su itkisinin qarşısını alır
- Səthə nüfuz etməklə canlı görünüş verir
- Su qovucu xassəyə malikdir
- Su buxarını keçirir
| Materialın tərkibi | Maye akrilik və solvent |
| Rəngi | Şəffaf |
| Sıxlığı | 0,92 kq/litr |
| Yekun görünüş | Şəffaf, parlaq |
| Quruma müddəti | 2 saat |
| İstifadə olunduğu səthin temperaturu | +8°C/30°C |
| İstifadə olunduğu mühitin temperaturu | +10°C/30°C |
| İstifadə zamanı məhsulun temperaturu | +10°C/30°C |
Yuxarıdakı göstəricilər +23°C-də və 50% nisbi rütubət üçün verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır.