FLOMAX® SH 500

FLOMAX® SH 500 - sement əsaslı, yüksək müqavimətə malik, ağır mexaniki yüklərə davamlı, yeni tökülmüş döşəmə beton səthlərinə toz halında səpilərək tətbiq olunan, kvars agregatlı sərtləşdirici materialdır.

Məhsul kodu: 204.50006

 

İstifadə sahələri

  • Sənaye və ticarət binalarının yeni döşəmə betonlarında

  • Yer altı və yer üstü qarajlar və avtodayanacaqlarda

  • Mexaniki atelyelərdə

  • Avto təmir və servis mərkəzlərində

  • İstehsal sahələri və anbarlarda

  • Yükləmə və boşaltma platformalarında

  • Kauçuk təkərli maşın hərəkətlərinin olduğu yerlərdə

 

Üstünlükləri

  • Yeni tökülmüş döşəmə betonunun üzərinə asanlıqla tətbiq edilir
  • İçindəki polimer sayəsində, tətbiq edildiyi betonun suyundan istifadə edərək sərtləşir, beton ilə bütünləşərək yüksək mexaniki davamlılığı təmin edir
  • Mineral yağlara davamlıdır, rahat təmizlənmə və xidmət imkanı təmin edir
  • Fərqli rəng seçimləri mövcuddur
  • Normal beton səthlərə görə 2 qat daha çox aşınma müqavimətinə malikdir
  • Hava şərtlərinə, donma, həll olma və duzlardan pulcuqlanmaya qarşı çox davamlıdır. Bu səbəblə səkilər, yollar və avtodayanacaqlar üçün idealdır
  • Xüsusi aqreqa qranulometrası sayəsində, tək boy çox incə aqreqa tərkibli səthlərdə görülən çatlamalar olmaz
Materialın tərkibi Polimer , mineral dolğular və xüsusi sement
Rəngi Natural (Beton rəngi), boz, qırmızı, yaşıl, mavi
Təzyiqə müqaviməti 28 gün 60 N/mm2
Əyilmə müqaviməti 28 gün 10 N/mm2
Aşınmaya davamlılığı BOHME A6 (maks. 6sm3/50sm2)
Zərbə davamlılığı EN 1504-2 Class 1
Materialın sıxlığı 1.97 kq/lt

Yuxarıdakı göstəricilər +23°C-də və 50% nisbi rütubət üçün verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır.

FLOMAX® SH 500 TDS AZ

FLOMAX® SH 500 TDS EN

FLOMAX® SH 500 TDS RU

FLOMAX® SH 500 TDS TR