FLOMAX® SL PRIMER

FLOMAX® SL PRIMER ‐ əmici səthlər üçün kopolimer, akrilik əsaslı, astar.

Məhsul kodu: 204.70012

 

İstifadə sahələri

  • Daxili və xarici məkanlarda
  • Özü yayılan (Self-leveling) döşəmə material tətbiq ediləcək səthin əmiciliyini azaltmaq məqsədi ilə
  • Özü yayılan (Self-leveling) döşəmə materialının işlənmə müddətini uzatmaq məqsədi ilə
  • Özü yayılan (Self-leveling) döşəmə materiallarının səthə yapışma müqavimətini artırmaq məqsədi ilə
  • İzolyasiya işlərindən əvvəl
  • Qazbeton, alçipan, gips əsaslı suvaq, əhəngli suvaq və ağac-yonqar lövhə kimi əmici səthlərin əmiciliyinin azaldılması və tozdan təmizlənməsi məqsədi ilə
  • Qazbeton, alçipan, gips əsaslı suvaq, əhəngli suvaq və ağac-yonqar lövhə kimi əmici səthlərin rütubətdən qorunması üçün
  • Qazbeton, alçipan, gips əsaslı suvaq, əhəngli suvaq və ağac-yonqar lövhə kimi əmici səthlərə kafel və keramika döşəndikdə yapışdırıcının suyunun vaxtından əvvəl itməsinin qarşısını almaq məqsədi ilə
  • Divar kağızı və boya tətbiqindən əvvəl istifadə olunur

 

Üstünlükləri

  • İstifadə olunan səthlərdə suyun sürətlə itməsinin və səthə tətbiq olunan materialın çatlamasının qarşısını alır
  • Səthi rütubətdən qoruyur
  • Səthin əmiciliyini azaldır və səthə yapışma müqavimətini artırır
  • Tərkibində solvent yoxdur, daxili və xarici məkanlarda istifadə oluna bilər
Materialın tərkibi Akrilik polimer dispersiya
Rəngi Ağ
Sıxlıq ~ 1,003 kq/lt
Tətbiq olunacaq səthin tempraturu +5°C +30°C
2-ci qat tətbiq edilmə müddəti 2 saat
Digər tətbiq edilmələrə keçmə müddəti 24 saat

Yuxarıdakı göstəricilər +23°C-də və 50% nisbi rütubət üçün verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır