BETONMIX® SP 200 K
BETONMIX® SP 200 K - naftalin sulfonat və liqno sulfonat əsaslı, betonun erkən və son müqavimətini artıran, su azaldıcı və axışqanlaşdırıcı beton qatqısıdır.
EN 934-2 standardı cədvəl 2-ə uyğundur.
AZS 221 - 2006
Məhsul kodu: 207.60008
İstifadə sahələri
- Erkən və son müqaviməti yüksək tələb olunan betonlarda
- Prefabrik və prekast betonlarda
- Yerləşdirmə çətinlikləri olan sıx təchizatlı betonlarda
- Sıx və düzgün səth tələb olunan betonlarda
- Erkən qəlibdən çıxarılma tələb olunan betonlarda
- Pompasız və pompalı hazır beton istehsalında
- Soyuq və sərin hava şəraitində olan beton istehsalında
Üstünlükləri
- Fərqli sement növlərinə uyğundur
- Betonun erkən və son müqavimətini artırır
- Betonun axıcılığını qoruyaraq işlənə bilinməsini artırır və rahat yerləşmə xüsusiyyəti qazandırır
- Hamar səthlər əldə edilməsini təmin edir
- Betonun donma və istiliyə qarşı müqavimətini artırır
- Rahat pompalamanı təşkil edər
- Betonun büzülmə, dartılma və su keçirməmə kimi mexaniki xüsusiyyətlərinin artmasını təşkil edər
- BETONMIX® SP 200 K-nın tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
| Materialın tərkibi | Naftalin sulfonat və liqno sulfonat əsaslı |
| Rəngi | Qəhvəyi |
| Sıxlığı (ISO 758) | 1,15 - 1,18 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1 |
| Alkali tərkibi % (EN 480-12) | < 5,0 |
Yuxarıdakı göstəricilər +20°C də və 50% nisbi rütubət üçün verilmişdir.