Mövcud keramika üzərinə su izolyasiyası və keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, boya, pas və parafin qalıqlarından təmizlənməlidir. Daha sonra, mövcud keramikaların möhkəmliyi yoxlanılmalıdır. Qırıq və ya möhkəmliyini itirmiş plitələr çıxarılmalı, səthdəki çatlar və boşluqlar əvvəlcədən uyğun olan TAMCRETE® təmir materialları ilə təmir edilməlidir. Mövcud keramika səthlərinə yapışmanı artırmaq məqsədi ilə KONTAKT ASTAR materialından istifadə olunmalıdır.
Su izolyasiya tətbiqi
Hamam otaqları kimi sulu məkanlarda iki komponentli elastik IZOMAX® C40 və ya tam elastik IZOMAX® C75 FLEX su izolyasiya məhsulu tətbiq edilməlidir. Döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq edilir. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Tətbiqdən sonra ən az 7 gün tam quruması gözlənilməli və 24 saat boyu sızma testləri aparılmalıdır.
Keramika yapışdırma və dərz dolğu tətbiqi
Su izolyasiya tətbiqinin üzərinə EN12004-1 standartına görə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Hamam otaqları kimi sulu məkanlarda uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.