>

mr.fix® Karyera Sərgisində təmsil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə ilk dəfə olaraq tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə uğurlu əməkdaşlıq edən Kartaş MMC-yə məxsus mr.fix® tikinti materialları brendi də təmsil olunub. 

 

Karyera sərgisini universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunub. 

 

Ümumilikdə 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgidə mr.fix® mövcud vakansiya və təcrübə proqramlarını təqdim edib. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri mr.fix®-də onlara təklif olunan imkanlardan yararlanmaq üçün müraciət edib, anket doldurdular. Şirkətin İnsan Resursları şöbəsinin müdiri Nail Musayev mr.fix®-də karyera qurmaq arzusunda olan tələbələrin və eləcə də məzunların suallarını cavablandırdı, maraqlandıqları mövzular haqqında onlara ətraflı məlumat verdi.