>
Növbəti ixrac əməkdaşlığımız: Gürcüstan
İxrac coğrafiyamızı genişləndirərək növbəti xarici bazar olaraq Gürcüstana daxil oluruq. Hazırda Özbəkistan və Qırğızıstan bazarlarına ixrac etdiyimiz Mr.Fix məhsullarımızın satışını Gürcüstanda NEXA GROUP ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcəyik.
Razılaşmaya əsasən, NEXA GROUP-a məhsullarımızın Gürcüstan bazarında eksklüziv distribusiyası veriləcək. Əməkdaşlıq çərçivəsində keramika yapışdırıcıları, derz dolğuları, su və istilik izolyasiya sistemləri, təmir və gücləndirmə materialları, suvaq və hörgü məhlulları, eləcə də sement əsaslı döşəmə materialları Gürcüstan bazarında təqdim olunacaqdır.
NEXA GROUP ilə əməkdaşlıq xarici bazarlarda fəaliyyətimizi genişləndirmək istiqamətində növbəti addımımızdır.