COATIX® EP 1130 Primer
COATIX® EP 1130 Primer; epoksid qatranı əsaslı, iki komponentli, tərkibində solvent olmayan, aşağı özlülüklü səth hopdurucu astarıdır. Yaxşı nüfuzetmə xüsusiyyətinə malik, kimyəvi maddələrə davamlı və mexaniki müqaviməti yüksək olan astardır. Beton döşəmələrin kapilyar boşluqlarını doldurur, müqavimətini artırır və özündən sonra tətbiq ediləcək epoksid örtük və ya boyalar üçün yapışma körpüsü rolunu oynayır. Betonun tozlanmasının qarşısını almaq məqsədilə təklikdə də istifadə edilə bilər.
İstifadə Sahələri
• Fabriklər, anbarlar və ticarət mərkəzləri
• Emalatxanalar və təyyarə anqarları
• Məktəblər və xəstəxanalar
• Əczaçılıq və qida sektoru müəssisələri
• Laboratoriyalar və avtomobil dayanacaqları
• Təmizləyici qurğular
• Ağır forklift hərəkəti və korroziyalı kimyəvi maddələrin olduğu sahələr
• Self-leveling və epoksid örtükdən əvvəl astar qatı kimi; döşəmənin tozlanmaması üçün təklikdə
Üstünlükləri
• Solventsizdir; tətbiq zamanı aşağı emissiya təmin edir
• Aşağı özlülüyü sayəsində yüksək nüfuzetmə xüsusiyyətinə malikdir
• Kimyəvi maddələrə qarşı yüksək davamlılıq göstərir
• Yüksək mexaniki müqavimətə malikdir
• Nəmliyə tolerantlıdır; nəm səthlərdə də tətbiq edilə bilər
• Beton döşəmələrin kapilyar boşluqlarını doldurur
• Sonrakı epoksid örtük/boya qatları üçün güclü yapışma körpüsü yaradır
• Təklikdə tətbiq edildikdə betonun tozlanmasının qarşısını alır
|
Ümumi Məlumatlar |
|
|
Materialın strukturu |
İki komponentli, epoksid qatranı əsaslı (A: qatran, B: bərkidici) |
|
Sıxlıq (qarışıq) |
1,00–1,10 q/sm³ / 20°C (EN ISO 2811-1) |
|
Özlülük (qarışıq) |
300–450 mPa·s |
|
Uçucu üzvi birləşmələr (VOC) |
≤ 3 q/L |
|
Quru qalıq miqdarı |
100% (kütləcə) |
|
Mexaniki Müqavimət |
|
|
Sıxılmaya müqavimət (ASTM D695 / EN ISO 604) |
72–85 N/mm² |
|
Şor D sərtliyi (ASTM D 2240 / DIN 53505) |
75 ± 5 |
|
Aşınmaya müqavimət – Taber (EN 1504-2) |
≤ 115 mq / 1000 dövr |
|
Qoparma üsulu ilə yapışma müqaviməti (EN 1542 / EN 1504-2) |
≥ 2,0 (1,5)b N/mm² |
|
Zərbəyə müqavimət sınağı (EN 1504-2) |
Sinif III |
|
Kapilyar su əmmə qabiliyyəti və su keçiriciliyi (EN 1504-2) |
≤ 0,1 kq/m²·h⁰·⁵ |
|
Tətbiq Məlumatları |
|
|
Qarışıq nisbəti (A / B) |
68 / 32 (kütləcə) – 2 / 1 (həcmcə) |
|
Seyrəldici |
Seyrəldilmir |
|
Tətbiq üsulu |
Rolik, fırça, mala, rakel, rezin süpürgə (çəkpas) |
|
Qabda istifadə müddəti |
30–40 dəq / 23°C, 200 q (DIN 16945) |
|
Sərfiyyat |
Səthdən asılı olaraq 100–150 q/m² |
|
Tətbiq temperaturu (mühit və döşəmə) |
+5°C / +30°C |
|
Döşəmənin yol verilən nəmliyi |
Ən çoxu 5% |
|
Toz tutmayan quruma |
3–4 saat / 23°C (EN ISO 9117) |
|
Toxunmaya quruma |
8–10 saat / 23°C (EN ISO 9117) |
|
Tam quruma |
7 gün / 23°C (EN ISO 9117) |
|
Növbəti qatın çəkilmə müddəti |
Ən gec 24 saat / 23°C |
|
Qabda İstifadə Müddəti (200 q qarışıq üçün) |
|
|
+10°C |
~ 60 dəqiqə |
|
+20°C |
~ 40 dəqiqə |
|
+30°C |
~ 15 dəqiqə |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Göstərilən texniki göstəricilər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir; mühit və səth temperaturu aşağı düşdükcə müddətlər uzanır, yüksəldikcə qısalır.