CERAMAX® STANDARD WHITE

CERAMAX® Standard White mineral doldurucular, sement və xüsusi modifikasiyaedici kimyəvi qatqılar əsasında hazırlanmış, standart performanslı, sürüşməsi azaldılmış, açıq gözləmə müddəti uzadılmış, ağ rəngli mozaika və keramika yapışdırıcısıdır.
EN 12004-1 standartına görə C1TE sinfinə uyğundur.
C1: Normal performanslı sement əsaslı yapışdırıcı
T: Sürüşməsi azaldılmış
E: Uzadılmış açıq gözləmə müddəti

İstifadə Sahələri
●    Daxili məkanlarda, üfüqi və şaquli səthlərdə
●    Mozaika, kiçik və orta ölçülü keramika tətbiqlərində
●    Hamam, mətbəx, dəhliz kimi sahələrdə
●    Sement əsaslı suvaq, şap və beton səthlər üzərində
Xarici mühitdə və ağır şəraitdə performansın artırılması üçün CERAMAX® Addmix ilə istifadə edilməsi tövsiyə olunur.

Üstünlükləri
●    Yüksək yapışma performansı
●    Tiksotropik quruluşu sayəsində şaquli səthlərdə sürüşmə yaratmır
●    Uzadılmış açıq gözləmə müddəti ilə rahat tətbiq imkanı
●    Asan hazırlanır və tətbiq olunur
●    Homogen və stabil quruluş
 

Ümumi Məlumatlar

Material tərkibi

Mineral doldurucu, sement, xüsusi kimyəvi qatqılar

Görünüş

Ağ rəngli toz

Sıxlıq

~1,74 kq/l

Performans Göstəriciləri (EN 12004-2)

Başlanğıc yapışma müqaviməti

≥ 0,5 N/mm²

Suya daldırmadan sonra

≥ 0,5 N/mm²

İstilik yaşlandırmasından sonra

≥ 0,5 N/mm²

Donma-ərimə dövrlərindən sonra

≥ 0,5 N/mm²

Açıq gözləmə müddəti (30 dəq)

≥ 0,5 N/mm²

Sürüşmə

≤ 0,5 mm

Tətbiq Məlumatları

Tətbiq temperaturu

+5°C / +35°C

İstismar temperaturu

−20°C / +80°C

Qarışım nisbəti

6,5 – 7 litr su / 25 kq

Qarışığın istifadə müddəti

~2 saat

Açıq gözləmə müddəti

≥ 30 dəq

Düzəliş müddəti

~10–15 dəq

Derz dolğu müddəti

24 saat

İstismara açılma

Divarda 24, zəmində 48 saat

Sərfiyyat

~5–6 kq/m²

Təhlükəsizlik Məlumatları

Yanğına reaksiya sinfi (EN 13501-1)

A1

Təhlükəli maddələr

SDS-ə baxın

 

Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur uzadır.

 

CERAMAX® STANDARD WHITE TDS AZ

CERAMAX® STANDARD WHITE TDS TR

CERAMAX® STANDARD WHITE TDS EN

CERAMAX® STANDARD WHITE TDS RU

CERAMAX® STANDARD WHITE MSDS AZ