IZOMAX® F-tec

IZOMAX® F-tec – keramika və təbii daş örtüklərin altında istifadə olunan üç qatlı hidroizolyasiya membranıdır. Hər iki üzü polipropilen toxunmamış keçə, orta qatı isə modifikasiya edilmiş aşağı sıxlıqlı polietilen (LDPE) membrandan ibarətdir. Döşəmə və divarları alt səthdəki çatlaqlardan və nəm keçidindən qoruyur.

İstifadə sahələri
•    Daxili məkanlarda təzyiqsiz suya orta səviyyədə (DIN 18534-ə görə W1-I və W2-I) məruz qalan yaş həcmlərdə (vanna otağı, duş, sanitar qovşaq)
•    Keramika və təbii daş örtüklərin altında döşəmə və divarlarda
•    Çat körpüləmə tələb olunan beton və şap səthlərində
•    Mətbəxlərdə və paltaryuma otaqlarında
•    İsidilən döşəmə sistemlərində
•    Alçıpan, qazbeton və ağac əsaslı lövhə səthlərində
•    Üstüörtülü balkon və terasların daxili səthlərində

Üstünlükləri
•    0,50 mm nazik quruluşu ilə örtük səviyyəsini qaldırmır
•    Çatları körpüləyir; alt səthdəki hərəkətləri örtüyə ötürmür
•    Tətbiqdən 24 saat sonra keramika döşənməsinə keçilir
•    Buxar keçidini tarazlayır
•    Daxili künc, xarici künc və manjet elementləri ilə tam sistem yaradır
 

Ümumi məlumatlar

Material tərkibi

PP toxunmamış keçə / modifikasiya edilmiş LDPE membran / PP toxunmamış keçə

Görünüş

Boz rəngli üç qatlı rulon membran

Qalınlıq

0,50 mm (± 0,1 mm)

Vahid çəki

200 g/m² (± 20 g/m²)

Performans məlumatları

Su təzyiqinə davamlılıq (EN 1928, Metod B)

≥ 1,5 bar

Partlama təzyiqi

≥ 2,0 bar

Su buxarı diffuziya müqaviməti, sd (EN 1931)

≥ 75 m

Qopma yükü – uzununa (EN ISO 527-3)

270 N/50 mm

Qopma yükü – eninə (EN ISO 527-3)

170 N/50 mm

Qopmada uzanma – uzununa / eninə (EN ISO 527-3)

60% / 70%

Yırtılma müqaviməti – uzununa (EN 12310-2)

65 N

Yırtılma müqaviməti – eninə (EN 12310-2)

110 N

Səthə yapışma müqaviməti (EN 1348)

0,5 N/mm² *

Temperatur davamlılığı

−30 °C / +90 °C

Kimyəvi davamlılıq

Səyrəldilmiş turşulara, qələvilərə, duzlu suya və xlora davamlıdır

Tətbiq məlumatları

Yapışdırıcı sinfi

Ən azı EN 12004-1 C2 sinifli keramika yapışdırıcısı

Daraq dişi (membranın yapışdırılması)

6 × 6 mm

Birləşmə yerləri

Uc-uca; hidroizolyasiya bantı ilə örtülür

Sistem elementləri

Daxili künc, xarici künc, döşəmə manjeti, divar manjeti

Örtüyə keçid müddəti

24 saat

Təhlükəsizlik məlumatları

Yanğına reaksiya sinfi (DIN 4102-1)

B2

Təhlükəli maddələr

TMF-ə baxın

Yapışma müqaviməti istifadə olunan yapışdırıcıdan asılıdır; minimum dəyər ≥ 0,2 N/mm²-dir. Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir

IZOMAX® F-tec TDS AZ

IZOMAX® F-tec TDS TR

IZOMAX® F-tec TDS EN

IZOMAX® F-tec TDS RU