Damlarda sement əsaslı UB şüalara davamlı su izolyasiya tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasınna diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalıdır. Donmuş, əriyən və ya 24 saat ərzində donmaq təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır. 5-20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Səth UNİVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir.
Su izolyasıyası tətbiqi
Balkon, teras və dam kimi məkanlarda izolyasiya tətbiqindən öncə astarlanmış beton səth üzərinə ağ rəngli sement əsaslı, UB şüalara davamlı iki komponentli su izolyasiya materialı IZOMAX® C70 UV istifadə edilməlidir. Tətbiq məkanındakı döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Mühitin temperaturundan asılı olaraq qatlar arasında 5-6 saat gözlədikdən sonra ikinci qat tətbiq edilməlidir.