Hündürmərtəbəli tikililərin fasadlarında dekorativ üzləmə materiallarının tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE ® təmir materialı ilə təmir edilməlidir.

Keramika yapışdırma, dərz dolğusu tətbiqi və qoruma

Tikililərin fasad divarlarında keramika və dekorativ üzlük elementlərinin yapışdırılması zamanı hava şəraiti və tikilinin oturması daim nəzərdə saxlanılmalıdır. Dekorativ elementlərin və ya tətbiq səthindəki əyriliklər səbəbindən üzləmə elementlərinin arxasında boşluqların qalmamasına diqqət edilməlidir. Yapışdırılma mütləq ikitərəfli üsul ilə olunmalıdır. Dekorativ elementlərin yapışdırılması zamanı hər 4 metrdən bir və ya mərtəbələr arası üfüqi genişləmə dərz boşluğu buraxılmalıdır. Bundan savayı, fasadda olan bütün konstruktiv çıxıntılar ilə düz səthin birləşdiyi bütün iç künclərdə də genişləmə dərz boşluğu qoyulmalıdır. Tövsiyyə edilən genişləmə dərz boşluğu eni minimum 10 mm olmaqla nəzərə alınmalıdır. Dekorativ üzlük elementlərinin ölçülərini və binanın yüksəkliyi artdıqca müvafiq olaraq dərz genişliyinin ölçüsü də artırılmalıdır.

Xarici məkanlarda təbii daşlarla üzlənmə zamanı daşın ölçüsü, ağırlığı, əmiciliyi kimi göstəriciləri nəzərə almaqla yapışdırıcı seçilməlidir. Açıq rəngli təbii daşların tətbiqi zamanı daşın əmiciliyi səbəbindən yapışdırıcının daşın rəngini dəyişdirməməsi üçün EN12004-1 standartına görə əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® FLEX WHITE yapışdırıcısından istifadə olunmalıdır. Tünd rəngli təbii daşlarda isə CERAMAX® ULTRA və ya CERAMAX® FLEX istifadə edilə bilər. Uzunömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX və ya FUGAMAX® COTTO dərz dolğusu istifadə edilməlidir. Təbii daşların, xüsusilə, xarici məkanlarda su əmiciliyinin qarşısını almaq üçün IZOMAX® S420 və ya IZOMAX® 440 emprenye izolyasiya materiallarından istifadə edilməlidir.

Buraxılmış genişləmə dərz boşluqlarının doldurulması üçün PURASEAL 150 poliüretan mastik tətbiq olunmladır.