Yerdən isitməli döşəmə üzərinə keramika tətbiqi
Səthin Hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Yerdən isitmə sisteminin istilik və sızdırmamazlıq testlərinin müsbət nəticəsindən əmin olunmalıdır. İstilik sistemi üçün istifadə olunan şapda çatlama və buna bənzər problemlərin yaranmadığından əmin olduqdan sonra keramika tətbiqinə başlanılmalıdır.
Keramika yapışdırma və dərz dolğusu tətbiqi
Yerdən isitməli sistemlərdə temperatur dəyişimi səbəbindən yarana biləcək dartılma və büzülmələrə davamlı EN12004-1 standartına görə minimum C2 və S1 sinfinin tələblərini qarşılayan CERAMAX® FLEX yapışdırıcı istifadə edilməlidir. Uzunömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.