Steelcoat Primer M50
İki komponentli, antikorroziya piqmentləri tərkibli, yüksək dolğu gücünə və möhkəmliyə malik səth toleranslı epoksid astardır. Optimal səth hazırlığının təmin edilmədiyi və ya mümkün olmadığı hallarda tətbiq üçün xüsusi hazırlanmışdır.
Paslı səthlərə yaxşı yapışır, pasın axmasının qarşısını alır. Yüksək yapışma qabiliyyətinə malikdir, doldurula və zımparalana bilər. Dəmir, polad, alüminium, sinklənmiş və poliester səthlərdə mükəmməl nəticə verir. Yaxşı hazırlanmış karbon polad səthlər və köhnə boyalı səthlər üçün uyğundur.
- Sənaye müəssisələri və boru kəmərləri
- Dəniz obyektləri (offshore), neft emalı zavodları, enerji stansiyaları, körpülər, binalar, mədən avadanlıqları və ümumi metal konstruksiyalar
- Dənizçilik sektoru (marin tətbiqləri)
- Avtomobil, kənd təsərrüfatı və kommersiya nəqliyyat vasitələri
- Atmosfer təsirinə məruz qalan və ya sualtı sahələrdə ara qat, son qat və ya tək qat kimi istifadə oluna bilər.
- Yüksək korroziya mühitlərində uzunmüddətli qoruma təmin edir.
- Güclü yapışma xüsusiyyətinə malikdir.
- Asan tətbiq olunur və praktikdir.
- Xarici şəraitdə istifadə üçün uyğundur.
|
Parlaqlıq (GU 60°) |
Yarı mat (30–40) |
|
Rəng |
Oksid qırmızı. İstəyə görə digər RAL kodlarında istehsal edilə bilər. |
|
Sıxlıq |
1,45 ± 0,10 g/ml |
|
Sərtləşdirici nisbəti |
Həcmə görə 5/1 |
|
Seyrəldici |
CoatixÒ Thinner E100 |
|
Bərk maddə faizi (həcmə görə) |
82 ± 2% |
|
Qarışığın ömrü (20°C) |
1,5 – 2 saat |
|
Alovlanma nöqdəsi |
> 32°C |
|
Tətbiq üsulu |
Havasız sprey, rulon, fırça |
|
Quruma müddəti (20°C) |
Tozdan azad: 1–2 saat / Toxunma: 7–8 saat / Montaj: 8–10 saat / Tam quruma: 7 gün |
|
Quru film qalınlığı |
150 μm |
|
Yaş film qalınlığı |
180 μm |
|
Teorik sərfiyyat |
5 – 5,5 m²/l (150 μm üçün) |